SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun vətəndaşlarla görüşü fevralın 27-si saat 11:00-da Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz”ın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunub.