24 fevral 2026 23:37
92

Rusiyanın itkiləri açıqlandı - 1462-ci gün

Ukrayna müharibənin 1462-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 261 420 hərbçi, 11 698 ədəd tank, 24 086 ədəd zirehli döyüş maşını, 37 560 ədəd artilleriya sistemi, 1 654 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 305 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 348 ədəd helikopter, 79 826 ədəd avtomobil texnikası, 145 571 ədəd PUA, 4 347 qanadlı raket, 29 gəmi/kater, 2 sualtı qayıq, 4 074 xüsusi avadanlıq itirib.