Dünyanın ən böyük hücum dronları istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti Mərakeşdə istehsal müəssisələrinin yaradılması layihəsinə 250 milyon dollar sərmayə qoymağı planlaşdırır.
“İki sahil” “Türkiye” qəzetinə istinadən xəbər verir ki, “Baykar”ın Afrika qitəsindəki ilk törəmə şirkəti bu il “Atlas Defense” adı altında fəaliyyətə başlayacaq.
Nəşrin məlumatına görə, “Atlas Defense” şirkətinin yaradılması ilə bağlı razılaşma 2024-cü ildə əldə edilib və ilk PUA-lar bu ilin sonuna qədər Mərakeşin Ben Sliman şəhərində konveyerdən çıxacaq. “Atlas Defense” şirkəti artıq işçilərin qəbuluna başlayıb.
Həmçinin Mərakeşdə “Bayraktar TB2” və “Akıncı” hücum PUA-ların istehsal edilməsi planlaşdırılır.
Volodimir Zelenski: Lvovda terror aktı törədənlər cinayətə “Telegram” vasitəsilə cəlb ediliblər
Avropa Komissiyası ABŞ-dən gömrük tariflərinə dair atacağı addımlara aydınlıq gətirməyi tələb edib
Pezeşkian: İran Cenevrədə ABŞ ilə danışıqlardan sonra ümidverici siqnallar alıb