23 fevral 2026 00:06
102

Meksikada narkokartel liderinin öldürülməsi fonunda iğtişaşlar başlayıb

Meksikanın bir neçə regionunda "Xalisko Yeni Nəsil" (CJNG) narkokartelinin "El Menço" ləqəbli başçısı Nemesio Oseqera Servantesin məhv edilməsindən sonra avtomobil yollarının kütləvi şəkildə bağlanması, maşınların və kommersiya müəssisələrinin yandırılması qeydə alınıb.

“İki sahil” xəbər verir ki, yerli KİV-ə istinadən xəbər verir əməliyyat Talpa-de-Alyende bələdiyyəsində (Xalisko ştatı) keçirilib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə cavab olaraq ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentes ştatlarında kartel üzvləri avtomobil yollarını bağlamağa başlayıblar.

Servantes "El Çapo" ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu hesab edilirdi. Kartel narkotrafikin böyük hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatında fəaliyyət göstərir.