Ümid edirəm ki, qarşıdakı həftələrdə yaxşı xəbərlər eşidəcəksiniz.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Foks Nyus”a açıqlamasında deyib.
O, həmçinin danışıqların üç həftə ərzində baş tuta biləcəyini və bununla da Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Vladimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsinə yol açılacağını açıqlayıb:
“Cared (ABŞ prezidentinin kürəkəni Cared Kuşner - red.) və mən ümid edirik ki, növbəti üç həftə ərzində iki tərəfi bir araya gətirəcək və hətta Zelenski ilə Prezident Putin arasında zirvə görüşünə, bəlkə də prezidentlə (Trampla - red.) üçtərəfli görüşə gətirib çıxaracaq bəzi təkliflər təqdim edəcəyik. Görəcəyik”.
Onun sözlərinə görə, Tramp razılaşmanın təsdiqlənməsinə və “daha yaxşı nəticəyə” gətirib çıxaracağına əmin olmasa, üçtərəfli görüşdə iştirak etməz.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.