22 fevral 2026 15:01
101

ABŞ və İran arasında yeni danışıqların tarixi açıqlandı

İran öz neft və mineral resursları üzərində nəzarəti ABŞ-yə verməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyinə İranın yüksəkvəzifəli məmuru məlumat verib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi şərtləri ilə bağlı tərəflərin mövqeləri fərqli olaraq qalır.

"Danışıqların bərpası martın əvvəlinə planlaşdırılıb", - deyə agentliyin həmsöhbəti əlavə edib.

O vurğulayıb ki, təmaslar aralıq razılaşmaya gətirib çıxara bilər.

Xatırladaq ki, fevralın 17-də Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında məsləhətləşmələrin ikinci raundu başa çatıb.