22 fevral 2026 00:48
114

Nigeriyada silahlıların hücumu nəticəsində 38 nəfər öldürülüb

Silahlıların Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında yerləşən bir kəndə basqını nəticəsində 38 nəfər öldürülüb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bu barədə şənbə günü polis və yerli rəsmilər məlumat veriblər.

Zamfara və digər ştatlarda pul müqabilində adam oğurluğu halları artıb. Silahlı dəstələr və ekstremist qruplaşmalar kəndlərə hücum edir, sakinləri qətlə yetirir, evləri talan etdikdən sonra yandırırlar.

Qeyd olunur ki, silahlı quldur dəstələri yaxınlıqdakı meşələrdə gizlənirlər.

Nigeriyada ekstremist qrupların hücumları nəticəsində 2009-cu ildən bəri 40 mindən çox insan həlak olub və iki milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.