İsrailin fevralın 20-də Livana endirdiyi zərbə "Hizbullah" təşkilatının raket bölmələrinin potensialını zəiflətməyə yönəlib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr ölkənin şərqində "Hizbullah"ın üç qərargahına endirilib. Hücum nəticəsində hərəkatın raket bölmələrinin bir neçə üzvü zərərsizləşdirilib.
İsrail tərəfinin versiyasına görə, onlar təşkilatın birləşmələrinin döyüş hazırlığının artırılmasını sürətləndirməyə çalışır və İsrailə atəş hücumları planlaşırırdılar.
"Hizbullah"ın raket bölmələri İsrailə raket atılmasına cavabdeh olan qurumdur və son vaxtlar onlar İsrail ərazisinə bu cür atəşlər planlaşırırdılar", - açıqlamada qeyd olunub.
Orduda həmçinin iddia edirlər ki, "Hizbullah"ın hərəkətləri İsraillə Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır. Bununla yanaşı, İsrail tərəfi atəşkəs rejiminə sadiqliyini qoruyub saxladığını bəyan edib.
"İsrail Müdafiə Ordusu "Hizbullah" tərəfindən hər hansı möhkəmlənmə və silahlanma cəhdlərinə qarşı tədbirlər görməyə davam edəcək və İsrail vətəndaşlarına qarşı istənilən təhlükənin aradan qaldırılması üçün qətiyyətlə hərəkət edəcək", - hərbçilər bildiriblər.
"Lebanon 24" portalı isə tibbi mənbələrə istinadən xəbər verib ki, zərbə nəticəsində "Hizbullah"ın azı 12 üzvü həlak olub, daha 37 nəfər yaralanıb.