21 fevral 2026 22:30
108

Türkiyənin Qəzzaya humanitar yardım aparan gəmisi Misirə çatıb

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağına göndərilmək üçün hazırladığı 21-ci "Xeyirxahlıq Gəmisi" Misirin Əl-Ariş Limanına çatıb.

“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, gəmidə təxminən 3 min 300 ton zəruri əşyalar, 175 min ərzaq bağlaması, geyim, gigiyena, sığınacaq, su və digər tələbat avadanlıqları var.

Yardım "Fələstinə nəfəs" kampaniyası çərçivəsində həyata keçirilib.

Əl-Ariş Limanında qarşılanan humanitar yardım Misirin Qızıl Aypara Cəmiyyəti ilə koordinasiyalı formada "Rəfah" sərhəd keçid məntəqəsi vasitəsilə Qəzzaya göndəriləcək.