Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.
“İki sahil” xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.
Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində Neftçala rayonunun Şorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb.
Bundan başqa, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.