21 fevral 2026 10:49
130

Vyetnam 90 "Boeing" təyyarəsi alacaq

ABŞ Prezidenti Donald Tramp Vyetnamı Birləşmiş Ştatların qabaqcıl texnologiyalarına çıxışı məhdudlaşdırılan ölkələr siyahısından çıxarmaq üçün işləyəcəyini bəyan edib.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə D.Tramp Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ilə görüşdə bəyan edib.

Qeyd olunub ki, görüş 30 milyard dollardan çox məbləğdə müqavilələrin elan edilməsindən sonra baş tutub, bu sazişlər çərçivəsində Vyetnam aviaşirkətləri "Boeing" şirkətindən 90 təyyarə alacaq.