21 fevral 2026 08:11
109

Serbiya XİN vətəndaşlarını İranı tərk etməyə çağırıb

Serbiya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına İranı tərk etməklə bağlı çağırış edib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, artan gərginlik və təhlükəsizlik vəziyyətinin pisləşməsi riski ilə əlaqədar olaraq İran İslam Respublikasında olan bütün Serbiya vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmələri tövsiyə olunur.

Daha əvvəl Almaniya XİN də vətəndaşlarına eyni müraciəti edib.