21 fevral 2026 07:58
113

Şimali Makedoniyada terror aktının qarşısı alınıb

Şimali Makedoniyada kütləvi güllələmə törətmək istəyən 20 yaşlı gənc saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Şimali Makedoniya polisi məlumat yayıb. Bildirilir ki, saxlanılan şəxsin ABŞ-də 2012-ci ildə məktəbdə baş verən qırğına oxşar terror hadisəsi törətmək planı olub.

Paytaxt Skopye yaxınlığında əməliyyat keçirən polis 2 nəfəri – gənci və onun 89 yaşlı babasını saxlayıb. Axtarış zamanı onların evindən çox sayda odlu və soyuq silah, elektron avadanlıq və döyüş sursatı aşkar edilib.

Əməliyyat ABŞ kəşfiyyatının ötürdüyü məlumatlar əsasında həyata keçirilib.

Qeyd edək ki, ABŞ-nin Konnektikut ştatında psixi pozğunluğu olan şəxsin 2012-ci ildə məktəbdə törətdiyi qırğında 26 şagird və müəllim həlak olub.