Azərbaycanın enerji sektoru üzrə süni intellekt əsaslı ilk sistemli konsepti hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
Onun sözlərinə görə, “Enerjidə süni intellekt həlləri” adlı sənəddə ölkənin enerji sektorunda mövcud vəziyyət və əsas çağırışlar təhlil olunub, 40 qlobal həll konsepti əsasında mümkün tətbiq istiqamətləri müəyyənləşdirilib.
“Sənəd enerji istehsalı, ötürülməsi və idarə olunmasında səmərəliliyin artırılması, itkilərin azaldılması, həmçinin qərarvermə proseslərinin optimallaşdırılması baxımından süni intellekt alətlərinin potensialını qiymətləndirir. Təşəbbüs beynəlxalq təcrübə əsasında hazırlanıb və Azərbaycanın enerji sektorunda rəqəmsal transformasiyanın daha da dərinləşdirilməsinə xidmət edəcək”, - deyə icraçı direktor vurğulayıb.