Elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Baş qərargahında olub.
“İki sahil” xəbər verir ki, Emin Əmrullayev təşkilatın Baş qərargahı ilə tanış olub, daha sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.