Fransa korporasiyalarının Niger ərazisində hasil etdiyi uran ehtiyatlarının istənilən an rəsmi Parisə təhvil verilə biləcəyi bildirilib.
“İki sahil” RTN telekanalına istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin Prezidenti Abdurahman Çiyani bəyanatla çıxış edib.
"Fransa 156 231 tonluq ehtiyatın 63,4 faizinə sahibdir. Əgər istəsələr, bunu onlara elə sabah göndərə bilərik, hətta daşınma xərcini də özümüz ödəyərik. Çünki bu məhsul istehsal olunanda onlar burada idilər", - deyə o, televiziya efirində bildirib. Sözügedən çıxışın videoyazısı "YouTube" platformasında yayımlanıb.
A.Çiyani vurğulayıb ki, faydalı qazıntının özü "Tanrının iradəsi ilə" Nigerə məxsusdur və belə də qalacaq. Prezident dövlət maraqlarına sadiq qalmağın vacibliyini qeyd edərək bildirib ki, yaranan təhdid və maneələrə baxmayaraq, ölkə müəyyən etdiyi müstəqillik kursundan geri çəkilməyəcək.