İran və ABŞ arasında nüvə proqramı ilə bağlı dolayı danışıqların fevralın 17-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Danışıqlarda Oman vasitəçi qismində çıxış edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin "Telegram" kanalında dərc olunmuş bəyanatda bildirilib ki, İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı dolayı danışıqlar fevralın 17-də Omanın vasitəçiliyi ilə keçiriləcək.
Qeyd olunub ki, görüşlərdə İranın nüvə proqramı və problemin həlli üçün mümkün addımlar müzakirə ediləcək.
Xatırladaq ki, İran və ABŞ arasında danışıqların əvvəlki mərhələsi fevralın 6-da Omanda baş tutub.