ABŞ Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üzərində işləməyə davam edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurarkən jurnalistlərə açıqlama verib.
"Biz buradan yolumuzu Azərbaycana davam etdirməkdən məmnunuq. Sülhün əldə edilməsi yalnız ilk addımdır və biz bu gün bu sülhün təmin edilməsi ilə məşğuluq", - C.Vens deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulması da regionda sülhün möhkəmlənməsinə töhfə verir:
"Hesab edirəm ki, biz əla sülh sənədi imzalamışıq və ABŞ prezidenti Donald Trampın administrasiyası onun möhkəm olması üçün çalışır".
Volodimir Zelenski: Lvovda terror aktı törədənlər cinayətə “Telegram” vasitəsilə cəlb ediliblər
Avropa Komissiyası ABŞ-dən gömrük tariflərinə dair atacağı addımlara aydınlıq gətirməyi tələb edib
Pezeşkian: İran Cenevrədə ABŞ ilə danışıqlardan sonra ümidverici siqnallar alıb