06 fevral 2026 12:26
190

YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli Fəxri Fərmanla təltif olunub

Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiyanın ideolji işlər üzrə məsləhətçisi Heydərli Məhəmməd Məhərrəm oğlunun sosial şəbəkələrdə fəal iştirakı, informasiya dəstəyinə verdiyi töhfə, ictimai fəallığı və maarifləndirici paylaşımları ilə seçildiyinə görə Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov tərəfindən Fəxri Fərmanla təltif olunub.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Məhəmməd Heydərlini təbrik edərək sosial şəbəkələrdə  göstərdiyi yüksək nəticələr və məsuliyyətli fəaliyyəti  münasibətilə təbrik edib, işlərində davamlı uğurlar arzulayib.

YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Heydərli Məhəmməd Fəxri Fərmanla təltif olunmasına, təbrik və xoş arzulara görə rayon təşkilatının rəhbərliyinə təşəkkür edərək göstərilən etimadı doğrultmaq və işində daha yüksək nəticələr əldə etmək üçün bundan sonra da səylə çalışmaqda davam edəcəyini bildirib.