İyulun 24-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının inzibati binasının yerləşdiyi ərazidə iməclik təşkil olunub.
“İki sahil” xəbər verir ki, iməclikdə YAP Qaradağ rayon təşkilatı aparatının əməkdaşları, partiyanın gənc fəalları və Qaradağ Rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində ərazi abadlaşdırılıb, yeni ağaclar əkilib, təmizlik işləri aparılıb. Eyni zamanda, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibləri yumşaldılıb, ətraf mühitin daha səliqəli və estetik vəziyyətə gətirilməsi istiqamətində zəruri işlər görülüb.