06 fevral 2026 10:57
116

Polis liseydə müəllimi güllələyən şagirdi saxladı

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.