02 fevral 2026 16:04
146

ABŞ və İran yaxın vaxtlarda DANIŞIQLARA BAŞLAYA BİLƏR

ABŞ və İran yaxın günlərdə danışıqlara başlaya bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumatlı mənbəyə istinadla xəbər verir.

Məlumata görə, mümkün danışıqlarda İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı nəzərdə tutulur. Mənbənin bildirdiyinə görə, tərəflər arasında təmaslar yüksək vəzifəli rəsmilər səviyyəsində baş tuta bilər.

“İran və ABŞ yaxın günlərdə hər iki ölkənin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə danışıqlara başlaya bilər”, — deyə Tasnim yazır.

Hazırda danışıqların keçiriləcəyi yer və vaxt dəqiq müəyyənləşdirilməyib.

Qeyd edək ki, bundan əvvəl "Axios" nəşri ABŞ prezidenti Donald Tramp administrasiyasının İran tərəfinə mümkün razılaşma ilə bağlı danışıqlara hazır olduğunu çatdırdığını bildirmişdi.