31 yanvar 2026 16:02
279

Azərbaycan banklarının xalis daxili aktivləri il ərzində 21 % artıb

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25 milyard 821,9 milyon manat təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 8,3 % az, 2025-ci ilin yavarın 1-i ilə müqayisədə 2,9 % azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 24 milyard 038,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 17,2 % çox, ötən ilin yanvarın 1-i ilə müqayisədə 20,9 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 57 milyard 86,2 milyon manat olan 22 bank fəaliyyət göstərir.