26 yanvar 2026 01:19
97

Sudandakı vəziyyətin nizamlanması üçün Türkiyənin vasitəçiliyi təklif olunub

Sudanda toqquşmalar yaşanan Çevik Dəstək Qüvvələri (ÇDQ) ilə münaqişənin aradan qalxması üçün Türkiyənin vasitəçiliyini təklif etmişik, lakin bəzi qüvvələr bunu qəbul etmir.

“İki sahil” xəbər verir ki, bunu Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Port Sudan şəhərindəki iqamətgahında Türkiyədən olan jurnalistlərə açıqlayıb.

Bu müharibəni zərərsiz ötüşdürən sudanlının olmadığını bildirən Al-Burhan ölən və yaralananın çox olduğunu xatırladıb və ölkəyə dəyən maddi ziyanın miqyasının böyük olduğunu qeyd edib.

"ÇDQ-nin sonu gəlmədən sülh olmayacaq. Onların təklifləri problem həll etmək yox, vaxt qazanmaq məqsədi daşıyır" , - Al-Burhan deyib və vurğulayıb ki, ÇDQ-nin təslim və tərk-silah olması da həll yoludur.

Qeyd edək ki, Sudanda 2023-cü ildən davam edən vətəndaş müharibəsi və hakimiyyət mübarizəsində 150 mindən çox insan ölüb. BMT-nin məlumatına görə, 9 milyondan çox insan yaşadığı ərazilərdən köçürülüb, 4 milyon sudanlı isə qonşu ölkələrə sığınıb. Hazırda 21 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyi, aclıqla üz-üzə qaldığı bildirilir.