25 yanvar 2026 17:38
112

Xəzər Boru Kəməri Konsorsiumu iki yanalma qurğusundan eyni vaxtda neftin yüklənməsini bərpa edib

Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Dəniz terminalında təmir işləri başa çatdırılıb, uzaqdan yanalma qurğusu (UYQ-3) sənaye istismarına verilib.

“İki sahil” Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, təmir zamanı bütün bərpa və texniki işlər yerinə yetirilib, qurğunun təhlükəsiz işləməyə hazır olduğunu təsdiqləyən zəruri sınaqlar keçirilib. UYQ-3-ün istismara verilməsi iki uzaqdan yanalma qurğusundan eyni vaxtda neftin yüklənməsini həyata keçirməyə imkan verir.

Bu, Dəniz terminalının fəaliyyətinin etibarlılığını artırır, planlaşdırma imkanlarını genişləndirir və Qazaxıstan neftinin ixrac üçün daşınmasının təsdiq edilmiş qrafiklərinin yerinə yetirilməsini təmin edir.

Obyektlərin istismarı ciddi şəkildə sənaye və ekoloji təhlükəsizlik tələblərinə uyğun aparılır.