25 yanvar 2026 16:57
116

Peskov: ABŞ zamanla yarışır

Amerikalılar Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlarda vasitəçi kimi zamanla yarışırlar.

“İki sahil”in "İzvestiya"ya istinadən məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O bununla Rusiya lideri Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffla Kremldə gec saatlarda keçirilən görüşünü şərh edib.

Peskovun sözlərinə görə, ciddi danışıqlar gedəndə günün hansı vaxtı olmasının Putin üçün fərqi yoxdur.

"Yüksək dinamika var, amerikalılar vasitəçi kimi tələsirlər, onları başa düşmək olar", – qəzet Peskovun sözlərini çatdırıb.

O qeyd edib ki, Uitkoffla görüş Əbu-Dabidə təhlükəsizlik üzrə işçi qrupların təlimatlarının razılaşdırılması üçün vacib idi.

"Razılaşma var idi ki, ertəsi gün artıq Əbu-Dabidə təhlükəsizlik üzrə işçi qrupunun danışıqları keçiriləcək. Bu qruplar təlimat almalı idilər. Ona görə də Uitkoffla görüş bu qədər vacib idi", – deyə Kremlin nümayəndəsi əlavə edib.