24 yanvar 2026 17:17
101

Ərdoğan: Tənqidlərimiz Qərb dünyasında daha çox qəbul olunur

Suriya şimalında terror təhlükəsi tamamilə aradan qalxdıqda yalnız Suriya xalqı deyil, bütün bölgə rahatlıq tapacaq

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan “Ev Sahibi Türkiyə” proqramı çərçivəsində Aydında açılış mərasimində çıxış edərək bildirib.

Ərdoğan həmçinin vurğulayıb ki, bütün Suriya vətəndaşları bundan faydalanacaq.

Türkiyə lideri bildirib ki, İkinci Dünya müharibəsindən sonra qurulan qlobal sistem sarsılır:

"Davosdakı müzakirələrə baxanda görürük ki, qlobal sistemlə bağlı tənqidlərimiz artıq Qərb dünyasında daha çox qəbul olunur".