24 yanvar 2026 13:51
108

Azərbaycanda ötən il hava nəqliyyatı ilə beynəlxalq daşımaların dəyəri 1,5 dəfə artıb

Ötən il Azərbaycanda beynəlxalq hava nəqliyyatı ilə 8 milyard 514 milyon 671,6 min ABŞ dolları dəyərində 41 min 847,9 ton yük daşınıb.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 1,5 dəfə çox və 2 dəfə azdır.

2025-ci ildə hava nəqliyyatı ilə 8 milyard 83 milyon 322 min ABŞ dolları (+1,6 dəfə) dəyərində 14 min 209,7 ton (-3,4 %) yükün idxalı və 431 milyon 349,5 min ABŞ dolları (+1,2 dəfə) dəyərində 27 min 638,2 ton (-57,1 % çox) yükün ixracı həyata keçirilib.