24 yanvar 2026 12:09
126

Xəzər rayonunda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y. Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.