ABŞ ordusu Sakit okeandakı gəmilərdən birinə zərbə endirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı öz sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, gəmi narkotik qaçaqmalçıları tərəfindən idarə olunub.
"ABŞ-ın hərb naziri Pit Heqsetin rəhbərliyi altında "Cənub nizəsi" adlı birləşmiş əməliyyat qrupu terrorçu kimi təyin olunmuş təşkilatlar tərəfindən idarə olunan gəmiyə ölümcül zərbə endirib".
Gəminin məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyi bildirilir.
Zərbə nəticəsində iki nəfər həlak olub.