24 yanvar 2026 08:38
153

TÜRKPA Qazaxıstan Respublikası Milli Qurultayının 5-ci iclasının nəticələri ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Milli Qurultayın 5-ci iclasında dövlətin institusional əsaslarının möhkəmləndirilməsinə və “Ədalətli Qazaxıstan” baxışının irəlilədilməsinə yönəlmiş təşəbbüsləri yüksək dəyərləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə TÜRKPA-nın bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, TÜRKPA Qazaxıstan Respublikasında həyata keçirilən islahat gündəliyini, xüsusən də konstitusiya və parlament çərçivələrində muasirləşməni, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını və nümayəndəlik institutlarının rolunun gücləndirilməsini dəstəklədiyini bildirir. Assambleya birpalatalı parlamentə, Qurultaya keçidə, qanunvericilik səlahiyyətlərinin genişləndirilməsinə, yeni məsləhətçi xarakterli mexanizmlərin təsis edilməsinə, habelə siyasi proseslərdə inklüzivliyinin təmin edilməsinə və davamlı ictimai dialoqun təşviqinə xidmət edən tədbirlərin qəbul edilməsiniə tərəf olduğunu bildirir.

Assambleya qeyd edir ki, təklif olunan islahatlar qanunun aliliyinin möhkəmləndirilməsinə, dövlət qurumlarının şəffaflığının və hesabatlılığının artırılmasına, sosial sahədə büdcə vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsinə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlib. TÜRKPA rəqəmsallaşdırma strategiyasına, qabaqcıl texnologiyaların tətbiqinə, şəxsi məlumatların qorunmasına və əhalinin maliyyə və rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.

Assambleya ədalət, beynəlxalq hüquqa hörmət və regional və qlobal sabitliyin möhkəmləndirilməsinə əsaslanan xarici siyasətə, iqtisadi inteqrasiyaya və beynəlxalq əməkdaşlığa balanslaşdırılmış yanaşmanı alqışlayır.

TÜRKPA Qazaxıstan Respublikasının Türk dünyasında əsas regional subyektlərdən biri kimi strateji rolunu vurğulayır və türk dövlətlərinin xalqları arasında davamlı inkişaf və rifah naminə səmərəli təcrübə mübadiləsində iştiraka hazır olduğunu bildirir.