24 yanvar 2026 08:18
106

Banka soxulan maral ofisdə xaos yaratdı - Nyu-Yorkda - VİDEO

ABŞ-nin Nyu-York şəhərində banklardan birində siqnalizasiya sistemi işə düşüb və hadisə yerinə gələn polis maralın pəncərəni sındıraraq binaya girdiyini aşkar edib.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, hadisə "Webster Bank"ın şöbəsində baş verib. Qaçmağa çalışan maral ofisdə qarışıqlıq yaradıb. Nəticədə polis əməkdaşları maralı tuta və azadlığa buraxa biliblər.

"Biz düşünürük ki, erkək maral özünə dişi axtarırdı", - deyə Suffolk dairə polisinin mətbuat xidməti yazıb.