23 yanvar 2026 21:28
106

Türkmənistan Məclisinin sədri ilk dəfə Gürcüstana səfər edəcək

Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmurat Seyitməmədov Gürcüstan Parlamentində olub. O, Türkmənistan Parlamenti ilə Dostluq Qrupunun rəhbəri Davit Matikaşvili ilə görüşüb.

“İki sahil” xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri və Türkmənistan Məclisi sədrinin Gürcüstana planlaşdırılan səfərini müzakirə ediblər.

Bildirilib ki, Türkmənistan Məclisinin sədri ilk dəfə olaraq Gürcüstan Parlamentinin sədrinin dəvəti ilə fevral ayının sonunda Tbilisiyə səfər edəcək: “Bu səfər ölkələrimiz müstəqillik qazandıqdan sonra Türkmənistandan Gürcüstana ilk yüksəksəviyyəli səfər olması baxımından əhəmiyyətlidir”.

Görüşdə Türkmənistanın Gürcüstanın mühüm tərəfdaşı olduğu və bu ölkənin "Orta Dəhliz" layihəsinin həyata keçirilməsindəki rolunun əhəmiyyətini qeyd edib.