23 yanvar 2026 11:55
145

Fərid Qayıbov Qubadlı və Sumqayıt sakinlərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 23-də Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, F.Qayıbov Sumqayıt Gənclər Evində keçirilən qəbulda vətəndaşları dinləyib, onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.