Avropa və Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos “X”-də yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünə dair paylaşımında bildirib.
O, Azərbaycan Prezidenti ilə görüşündə Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının icrasına dəstəyini müzakirə etdiklərini qeyd edib.
“Biz Avropa və Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi üzrə işlərin intensivləşdirilməsi ilə bağlı razılaşdıq”, - Marta Kos vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.
Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edir CANLI
Vüqar Rəhimzadə: Davos Forumu Azərbaycanın dünya siyasətində böyük rola malik olduğunun daha bir göstəricisidir