20 yanvar 2026 12:50
119

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, ölkəmizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.