20 yanvar 2026 10:41
95

ABŞ səfirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib.

“İki sahil” xəbər verir ki, səfirliyin sosial media hesabındakı paylaşımda deyilir:

"Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk".