Yaxın vaxtlarda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər veriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qurumun 2025-ci il üzrə hesabat tədbirində məlumat verib.
O qeyd edib ki, eyni zamanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə də bu il üzrə mənzil verilməsi prosesinə də başlanılacaq.