19 yanvar 2026 09:46
116

Naxçıvanda 39 kiloqramdan artıq heroin aşkarlanıb

Naxçıvanda xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkar edilib.

“İki sahil” xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.

"Culfa" gömrük postunda ölkədən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr" yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.