18 yanvar 2026 21:27
153

Şəki-Qax yolunda avtomobil ağaca çırpılıb

Bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Balakən rayon sakini, 21 yaşlı Vüqar Mahmudov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti qənaətbəşdir.

Hadisə ilə bağlı araşdırma başlanıb.