18 yanvar 2026 19:28
101

Bakıda ofisdən oğurluq edənlər saxlanılıb

Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped oğurlanması barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Əzimov və G.Səfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar davam etdirilir.