17 yanvar 2026 18:47
118

Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb

Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.

Hadisələr zamanı zərərçəkənlərə, ümumilikdə, 2144 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.