17 yanvar 2026 14:22
106

Çexiya xarici işlər naziri Petr Matsinka üzünü turşutduğuna görə tənqid olundu

Çexiya müxalifəti xarici işlər naziri Petr Matsinkanı hökumətə etimadsızlıq səsverməsi zamanı üz-gözünü qırışdırdığına görə tənqid edib.

“İki sahil” xəbər verir ki, məlumatı "Idnes" portalı yayıb.

"O, müxalifət deputatlarının çıxışlarına cavab olaraq istehza ilə gülümsəyib və ya gözlərini süzdürüb", - deyə nəşr bildirib.

Bildirilib ki, Çexiya Pirat Partiyasından olan millət vəkili Barbora Pipaşova uşaqların əqli sağlamlığı ilə bağlı çıxışından əvvəl nazirdən "məzəli üz ifadələrini yığışdırmasını" istəyib.

Keçmiş səhiyyə naziri Vlastimil Valek də, millət vəkilinə qoşularaq, "X" sosial şəbəkəsində P.Matsinkanın davranışını "məhdud siyasi mədəniyyətin kədərli təzahürü" adlandırıb.

"Cənab Matsinkanın etimad səsverməsi zamanı hökumət kürsüsündən daim nümayiş etdirdiyi təkəbbür və istehza məhdud siyasi mədəniyyətin kədərli təzahürüdür", - deyə o qeyd edib.

Sabiq nazir, həmçinin əlavə edib ki, "bu cür uşaqcasına davranış baş nazirin müavininə yaraşmaz. O, P.Matsinkanı "Filip Turkun fan klubunun sədri deyil, artıq dövlət rəsmisi olduğunu başa düşməyə" çağırıb.

P.Matsinka özü isə sadəcə digər millət vəkillərinin açıqlamalarına reaksiya verdiyini və "onsuz da uzanan müzakirəni" uzatmaq istəmədiyini bildirib.

"Sizə açıq deyirəm ki, bu tənqidin nə qədər ciddi ola biləcəyini anlamıram", - deyə P.Matsinka söyləyib.