17 yanvar 2026 15:49
117

Mebel istehsalı emalatxanasında partlayış baş verib - Türkiyə

Ərzurumda (Türkiyə) Yakutiye rayonu Sənaye Şəhərciyində yerləşən iş yerində partlayış baş verib.

İki sahil” yerli mətbuata istinadla yazır ki, partlayışdan sonra yanğın baş verib. Alovlar nəzarət altına alınsa da, bir nəfər yaralanıb, dörd nəfər tüstüdən zəhərlənib.

Məlumata görə, hadisə yerli vaxtla günorta saatlarında mebel istehsalı emalatxanasında baş verib.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Məhərrəm Ağalaroğlu, “İki sahil”