Ötən gün Azərbaycanda itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılırdı.