16 yanvar 2026 22:22
126

XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Omanın xarici işlər naziri Badr əl-Busaidi arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Söhbət zamanı bölgədəki münaqişə və gərginliklərin aradan qaldırılması məqsədi ilə Türkiyə və Oman tərəfindən son günlərdə həyata keçirilən təmasların nəticələri dəyərləndirilib.