16 yanvar 2026 23:11
113

Prezident: Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır

Ukrayna kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı yeni kütləvi zərbələr endirməyə hazırlaşdığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində məlumat verib.

“Bu gün hava hücumundan müdafiə qüvvələri və ordu üçün ayrıca tapşırıqlar var. Hazırda rusların yeni kütləvi zərbələrə hazırlaşdığına dair kəşfiyyat məlumatlarımız var. Tərəfdaşlarımızla hava hücumundan müdafiə raketləri, çox ehtiyac duyduğumuz sistemlər barədə açıq danışırıq”, - deyə Zelenski əlavə edib.

Ukrayna liderinin sözlərinə görə, hazırda Ukrayna Müdafiə Nazirliyi səviyyəsində çox şey edilir, lakin təchizat kifayət deyil.

“Xahiş edirəm həyəcan siqnallarına diqqət yetirin. Zəhmət olmasa, sizə yaxın olanlara, tək olanlara, sizin dəstəyinizə ehtiyacı olanlara kömək edin”, - deyə Zelenski çağırış edib.