Bakıda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb, iki qadın xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Məlumata görə, bu gün saat 17:00 radələrində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb, dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, hadisə yerində xəsarət alan 2 qadın təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.