15 yanvar 2026 16:21
98

Hesablama Palatasında Dövlət Auditi İnformasiya Sistemi qurulur

Hesablama Palatasında Dövlət Auditi İnformasiya Sisteminin (DAİS) qurulmasına başlanılıb.

“İki sahil” xəbər verir ki, bu, Palatanın 2026–2030-cu illəri əhatə edən Strateji Planında əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Yeni sistemin yaradılması dövlət auditinin rəqəmsallaşdırılmasını, audit proseslərinin avtomatlaşdırılmasını, eləcə də audit keyfiyyətinin və operativliyin artırılmasını hədəfləyir.

DAİS vasitəsilə audit proseslərinin vahid platforma üzərindən idarə olunması, məlumatların emalı və təhlil imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

DAİS digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyanın yaradılmasına, həmçinin data analitika alətlərindən və süni intellekt imkanlarından istifadənin mərhələli şəkildə genişləndirilməsinə şərait yaradacaq.

Strateji sənəddə vurğulanıb ki, DAİS-in tam tətbiqi auditlərin əhatə dairəsinin artırılmasına, tövsiyələrin icrasına nəzarətin gücləndirilməsinə, eləcə də şəffaflıq və hesabatlılığın daha da yüksəldilməsinə xidmət edəcək.