15 yanvar 2026 16:07
100

Binəqədidə binada olan yanğın söndürülüb

Binəqədi rayonunda binada baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.